
BMT – nin Baş Assambleyasının 80 illik yubiley toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı təkcə diplomatik məna daşımır.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.
O bildirib ki, bu çıxış həm də Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində qazandığı tarixi nailiyyətlərin dünyaya çatdırılması idi:

Müşfiq Cəfərli
“Prezident İlham Əliyevin Assambleyanın yubley toplantısında iştirakı ölkəmizin beynəlxalq hüquqa, əməkdaşlığa verdiyi dəyəri göstərməklə yanaşı, həm də Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq münasibətlər sistemində getdikcə daha fəal və təsirli bir liderə çevrildiyini təsdiq edir. Prezidentin Assambleyasında iştirakı və çıxışı Azərbaycanın tamamlanmış, əbədi zəfərinin rəsmi bəyanı oldu. Dövlətimizin başçısı güclənmiş Azərbaycanın regional oyunçudan qlobal oyunçuya çevrilmiş obrazını dünya ictimaiyyətinə təqdim etdi”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


