BMTM rəhbəri: Azərbaycana qaşrı dezinformasiya kampaniyası aparılır

Baş səhifə
BMTM rəhbəri: Azərbaycana qaşrı dezinformasiya kampaniyası aparılır

Azərbaycana qaşrı dezinformasiya kampaniyası aparılır.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu əvvəllər Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı idisə, indi Yaxın Şərqdəki proseslərlə bağlıdır.

“Bu mənada, Yaxın Şərqdə gedən geosiyasi proseslərə müəyyən hazırlıqlar görülməlidir. Biz bu gün bu kimi məsələlər ətrafında da müzakirələr aparırıq”.

Fərid Şəfiyev TDT-yə qarşı da müəyyən kampaniyaların olduğuna diqqət çəkib.

“Bəzi geosiyasi aktorlar TDT-nin inkişafı istəmir. Onlar müəyyən görüşlər çərçivəsində TDT-nin gündəliyinə zərər vurmağa cəhd edirlər”.