Çin Yerin müşahidəsi texnologiyalarının sınağı üçün orbitə iki peyk çıxarıb

Baş səhifə
Çin Yerin müşahidəsi texnologiyalarının sınağı üçün orbitə iki peyk çıxarıb

Çin Yerin müşahidəsi üçün texnologiyaların sınağı məqsədi ilə iki “Şiyan-30” peykini uğurla orbitə çıxarıb.

“Report”un məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.

Məlumata görə, start 29 sentyabr tarixində Pekin vaxtı ilə saat 11:00-da Siçuan kosmodromunda həyata keçirilib. Buraxılış “CZ-2D” raketi ilə həyata keçirilib – “Çancen” seriyalı daşıyıcılar üçün bu 598-ci missiya olub.

“CZ-2D” diametri 3,35 m olan ikipilləli maye yanacaqlı raketdir. Uzunluğu 40,7 metrə çatan raket aşağı yerətrafı orbitə 3,5 tona qədər, Günəş-sinxron orbitə (700 km hündürlük) isə 1,3 ton faydalı yük çıxara bilir. Çin bu raketi 100-cü dəfə (2025-ci ildə 6-cı dəfə) buraxıb.