Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, daha 16 nəfər xəsarət alıb

Baş səhifə
Digər

  • 28 sentyabr, 2025
  • 08:03
Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, daha 16 nəfər xəsarət alıb

Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus yük maşınının arxasına çırpılıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və xilasedicilər cəlb olunub. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.