Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Nərimanov rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı
arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar Nazirliyin
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə
cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz
qalmış uşağın xilas olunması təmin edilib.

