Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 27 sentyabr – Anım
Günü ilə əlaqədar rəsmi “X” səhifəsində paylaşım edib.

Trend-in
məlumatına görə, paylaşımda deyilir:




“Qəhrəman Azərbaycan ordusunun işğal altında olan Qarabağ
torpaqlarını azad etmək və qələbəyə nail olmaq üçün başladığı
şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizə Allahdan
rəhmət, qazilərimizə sağlam və xoşbəxt ömür arzulayırıq”.