Region
- 27 sentyabr, 2025
- 17:48

Ermənistanın cənubunda yol-nəqliyyat hadisəsi baş verib – yük maşını ilə toqquşma nəticəsində 25 ton mazut daşıyan avtosistern aşıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri DİN-in Xilasetmə Xidmətinə istinadən məlumat yayıb.
“Qəza bu gün səhər saatlarında Sünikdə Tatev-Ltsen yolunda baş verib. İnsident nəticəsində 10 tona yaxın mazut sızıb”, – qurumdan bildirilib.
Fövqəladə hallar üzrə xidmətlər sisterni düzəltməyə müvəffəq olub, sürücü isə xəstəxanaya çatdırılıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


