
Bakı. Trend:
Paytaxtın Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq.
Trend xəbər verir ki, bu
barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata əsasən, Nəsimi rayonunda bəzi ərazilərdə elektrik
enerjisinin keyfiyyətini artırmaq məqsədilə təmir işləri
aparılacaq. Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ)
tərəfindən həyata keçiriləcək işlər bu gecə, saat 02:00 – 03:00
aralığında planlaşdırılıb.
Bu müddət ərzində Füzuli, Rəşid Behbudov, Səməd Vurğun, Süleyman
Rəhimov, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli,
Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi Aslanov və Mirzə İbrahimov
küçələrində elektrik enerjisində müvəqqəti fasilələr olacaq.
Təmir işləri tamamlandıqdan sonra sakinlər daha stabil və
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

