Litva hava hədəflərinin vurulması ilə bağlı yeni qaydalar qəbul edib

Baş səhifə

Bakı. Trend:

Litva parlamenti orduya hava hədəflərini daha operativ məhv
etməyə icazə verən qərar qəbul edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, döyüş qaydaları ilə bağlı dəyişiklik bundan əvvəl
parlamentdə sentyabrın 23 müzakirə olunmuşdu.




Ölkənin müdafiə naziri Dovile Şakalene bildirib ki, keçmiş
qaydalar müasir təhdidlərə uyğun gəlmirdi, belə ki, buna qədər
hərbçilər pilotsuz uçuş aparatlarını yalnız qadağan olmuş zonaların
üzərində və onların hərbi təyinatlı olacağı təqdirdə
zərərsizləşdirə bilərdi.

“Bu düzəlişlə biz Hərbi gücün tətbiqi ilə bağlı Nizamnaməyə yeni
hüquqi mexanizm əlavə edirik. Düzəlişə əsasən əgər pilotsuz uçuş
aparatları müəyyən edilmiş qaydaları pozaraq qadağan olunmuş
zonalarda hərəkət edirsə, onlara qarşı operativ şəkildə güc tətbiq
oluna biləcək”, – deyə o bildirib.

Yeni qaydalara əsasən mülki təyyarələr xüsusi icazə olmadan
qadağan olunmuş zonalarda uça bilməyəcək.