Bakı. Trend:
2025-ci ilin ikinci rübünün sonuna olan vəziyyətə əsasən, dünya
üzrə borcun həcmi rekord 337,7 trilyon dollara yüksəlib.
Trend-in
“Reuters”ə istinadən verdiyi məlumata görə, qlobal borc ilin ilk
yarısında 21 trilyon dollardan çox artıb. Bu artım qlobal maliyyə
şərtlərinin yumşalması, ABŞ dollarının zəifləməsi və əsas mərkəzi
bankların daha çevik mövqeyi ilə izah olunur.
Məlumata görə, borcun ABŞ dolları ifadəsində ən çox artım qeydə
alınan ölkələr Çin, Fransa, ABŞ, Almaniya, Böyük Britaniya və
Yaponiya olub.
Xatırladaq ki, 2024-cü ildə dünya üzrə ümumi borc 251 trilyon
dollar təşkil edib.

