
Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl saxlanılıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur. Onun polis tərəfindən saxlanıldığı bildirilir.
Hələlik barəsində qətimkan tədbiri yoxdur. İlkin məlumata görə, o, xaricdə yaşayan oğlu ilə əlbir olaraq vətəndaşa qarşı dələduzluq əməlində ittiham olunur.
Faktla bağlı Cinayət Məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, İlham İsmayılın saxlanması barədə xəbəri ilk olaraq unikal.az yayıb. (APA)
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

