
Bakı. Trend:
Vətəndaşlara yalan vəd verməklə pulunu ələ keçirməkdə
təqsirləndirilən Cavid Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi
yekunlaşıb.
Trend xəbər
ki, Saatlı rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Cavid Dadaşov 3 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.
Cavid Dadaşov iş üzrə zərərçəkmiş şəxslərin ümumilikdə 30 000
manatdan artıq pulunu ələ keçirib.
O, vətəndaşları işlə təmin edəcəyini, vaxtından əvvəl şəxsi
həbsdən azad edəcəyini bildirib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar
törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan
vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


