Qadın minatəmizləyənlərin nə qədər mina və sursat aşkarladığı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Avrasiya Mətbuat Fondunun qadın minatəmizləmə
qrupları tərəfindən 2025-ci il 31 iyul tarixinədək 2 901 656
kvadratmetr (290 hektar) ərazi təmizlənib, 5 ədəd tank əleyhinə
mina, 151 ədəd PHS aşkarlanıb.

Trend-in
xəbərinə görə, bu barədə məlumat “Minalar Əleyhinə Azərbaycan
Kampaniyası” İctimai Birliyinin kasetli sursat probleminə dair
hesabatında öz əksini tapıb.

Bildirilib ki, həmçinin, ehtiyac yarandıqda ANAMA tərəfindən
minaaxtaran mexaniki maşınlar əməliyyatlara cəlb edilməklə
təmizləmə prosesinin sürətlənməsinə dəstək göstərilib.




25 sentyabr 2023-cü il tarixindən qadın mina təmizləmə qrupları
fəaliyyətə başlayıb və 31 iyul 2025-ci il tarixədək ümumilikdə 4
926 994 kvadratmetr (492 hektar) ərazi təmizlənib, nəticədə 18 ədəd
PƏM, 106 ədəd TƏM və 274 ədəd PHS aşkarlanıb.

Hava şəraiti minatəmizləmə əməliyyatlarını həyata keçirməyə
imkan vermədikdə qadın minaaxtaranlar müharibənin təsirinə məruz
qalmış keçmiş cəbhəyanı kəndlərdə yerli əhalinin mina təhlükəsinə
qarşı maarifləndirilməsi üzrə tədbirlərə cəlb edilirlər.

İndiyədək 4 500-dən çox yerli vətəndaş BAMF-ın qadın
minaaxtaranları tərəfindən keçirilən maarifləndirmə tədbirlərində
iştirak edib.