“Quba” basketbol klubu növbəti transferi reallaşdırıb

Baş səhifə
Quba basketbol klubu növbəti transferi reallaşdırıb

Varid Ağasızadə

“Quba” basketbol klubu növbəti transferi reallaşdırıb.

Bu barədə “Report”a bölgə təmsilçisindən məlumat verilib.

Bölgə təmsilçisinin yeni transferi ötən mövsüm “Lənkəran”da keçirmiş Varid Ağasızadədir. Artıq Varid “Quba”nın təlim-məşq toplanışına qoşulub. 2004-cü il təvəllüdlü basketbolçumuz oyun qurucusudur. O, əvvəllər “Sərhədçi” və “Lənkəran” klublarının formasını geyinib.