
Azərbaycanın “Abşeron Lions” basketbol komandası Avropa Kubokunda ilk oyununa çıxıb.
“Report”un məlumatına görə, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi “Anortosis”ə qalib gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma təmsilçimizin qələbəsi ilə bitib.
Qeyd edək ki, komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


