- 24 sentyabr, 2025
- 17:19
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomat jurnalistlərə açıqlamasında bu addımı “diplomatik sanksiya forması” adlandırıb.
Fişerin sözlərinə görə, bu, müasir Gürcüstan-Almaniya münasibətləri tarixində ilk dəfədir ki, alman səfiri nazirliyə çağırılır:
“Gedəcəyəm və deyilənləri dinləyəcəyəm. Amma Almaniya Federativ Respublikasına, mənə və digər səfirlərə qarşı irəli sürülən əsassız və təxribat xarakterli ittihamları qətiyyətlə rədd edirəm. Həmçinin Gürcüstan hökumətinin hazırkı kursunu da tənqid edəcəyəm, çünki bu, Avropa İttifaqına üzvlüklə ziddiyyət təşkil edir.”
Xatırladaq ki, bu gün Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniya səfirini zorakılığa təşviq etməkdə günahlandırıb. Onun sözlərinə görə, əgər 4 oktyabrda zorakı yolla hakimiyyətin devrilməsi baş verərsə, buna görə məsuliyyəti Avropa Komissiyası və Aİ-nin Gürcüstandakı nümayəndəliyi daşıyacaq.
Papuaşvili həmçinin qeyd edib ki, Peter Fişerin fəaliyyəti Gürcüstan və Almaniya arasındakı münasibətlərin pisləşməsinə səbəb olub.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

