İspaniya müdafiə nazirinin təyyarəsi Rusiyanın hava məkanında çətinliklərlə üzləşib

Baş səhifə

Bakı. Trend:

İspaniyanın müdafiə naziri Marqarita Roblesin olduğu təyyarə
Rusiyanın Kalininqrad bölgəsi üzərindən uçarkən naviqasiya ilə
bağlı problemlərlə üzləşib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata əsasən, GPS sistemində pozuntu naziri daşıyan təyyarə
Litvaya uçan zaman qeydə alınıb. İnsidentin təfərrüatları barədə
məlumat verilmir.

Xatırladaq ki, bundan əvvəl sentyabr 1-də Avropa Komissiyasının
rəhbəri Ursula fon der Lyayenin olduğu təyyarə GPS sistemi olmadan
Bolqarıstanın Plovdiv aeroportuna məcburi eniş etmişdi.