Laçın. Trend:
Poliqonların layihələndirilməsi ilə bağlı işlər davam etdirilir.
Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli və Zəngilan rayonları üzrə layihə
smeta sənədləri hazırlanaraq Dövlət Ekspertizasına təqdim
edilib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu sözləri “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini, Ekoloji
məsələlər üzrə İşçi qrupun üzvü Sabit Zeyniyev deyib
O bildirib ki, hazırda Füzuli Zəngilan, Ağdam, Qubadlı və
Cəbrayıl poliqonlarının layihə smeta sənədlərinə Fövqəladə Hallar
Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin
Ekspertiza Baş İdarəsi tərəfindən müsbət rey verilib:
“Laçın rayonu üzrə poliqon ərazisi yenidən seçiləcəyi üçün
Dövlət Ekspertizasına təqdim edilib. Eyni zamanda Kəlbəcər rayonu
üzrə yeni ərazi seçildiyi üçün layihələndirmə antiteror
əməliyyatında sonra azad edilmiş digər Xocalı, Xocavənd və Ağdərə
rayonları birlikdə aparılacaq”.
O qeyd edib ki, Kəlbəcər rayonunun Lev kındində yeni ərazi
seçildiyi üçün razılaşdırılmış koordinatlar üzrə sanitar poliqonun
yaradılmasına dair 19 may 2025-ci il tarixli TŞ-XO-309/2025 nömrəli
məktub “Təmiz Şəhər” ASC tərəfindən Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib:
“Eyni zamanda ərazinin mina və partlamamış hərbi sursatlardan
təmizlənməsi üçün 4 iyun 2025-ci il tarixli TS-XO-340/2025 nömrəli
məktub “Təmiz Şəhər” ASC tərəfindən Azərbaycan Respublikasının
Müdafiə Nazirliyinə göndərilmişdi. Ərazi Azərbaycan Respublikası
Müdafiə Nazirliyi tərəfindən mina və partlamamış hərb sursatlardan
təmizlənib. DŞAK tərəfindən sərəncamın verilməsi gözlənilir”.

