Moldovada parlament seçkilərində exit-poll keçirilməyəcək

Baş səhifə
Moldovada parlament seçkilərində exit-poll keçirilməyəcək

Moldovada sentyabrın 28-də keçiriləcək parlament seçkiləri üçün exit-poll keçirilməyəcək.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Moldova Mərkəzi Seçki Komissiyasına edilən müraciətlər rədd edilib.

Sentyabrın 23-də Moldova Mərkəzi Seçki Komissiyası Date Inteligente şirkətinin sentyabrın 28-də keçiriləcək parlament seçkiləri günü yeganə belə müraciət olan “exit-poll”un təşkili tələbini rədd edib.

Seçki Komissiyası, bunu müraciət edən şirkətlərin maliyyə mənbələrinin şübhəli olduğunu və geosiyasi cəhətdən həssas durumda olan Moldova cəmiyyətində seçki qabağı qarışıqlığa yol açmamaq ilə izah edir.