Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumundan sonra yanır

Baş səhifə
Rusiyanın ən böyük neft-kimya kompleksi dron hücumundan sonra yanır

“Qazprom neft-kimya Salavat” MMC bu səhər yenidən pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Başqırdıstan başçısı Radi Xabirov bildirib.

“Qazprom neft-kimya Salavat” yenidən dronlarla hücuma məruz qalıb. Zərərin dərəcəsini müəyyənləşdiririk”, – o, sosial şəbəkələrdəki səhifələrində yazıb.