
Bakı. Trend:
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin
kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən məlumat verilib.
Digər nəqliyyat vasitələri üçün qəza şəraiti yarandığından və
yük avtomobilinin yoldan götürülməsi məqsədilə metronun “Koroğlu”
stansiyası istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq
edilib.
Hazırda yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər
görülür.


