Bakı. Trend:
Sentyabrın 23-də saat 15 radələrində İsmayıllı rayonunun
Kürdeldarbəyli kəndi ərazisindən Gideyli kəndi istiqamətində
hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq
aşıb.
Trend-in əldə
etdiyi məlumata görə, hadisə nəticəsində sürücü, 35 yaşlı Gideyli
kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində
ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan
Trend-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi
üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar
aparılır.

