“Yaşıl keçid” çərçivəsində kiçik və orta biznes sektorunda Britaniya Ticarət Palatası vasitəsilə potensialın artırılması vacibdir – Zibar Hüseynova

Baş səhifə

Bakı. Trend:

“Yaşıl keçid” çərçivəsində Britanya Ticarət Palatası vasitəsilə
kiçik və orta biznes sektorunda potensialın artırılması
vacibdir.

Trend xəbər verir
ki, bunu Britanya Ticarət Palatasının Azərbaycandakı icraçı
direktoru Zibar Hüseynova I Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunda çıxışında deyib.

“Palataya görə KOB üçün yaşıl keçid vacibdir. Belə ki, biz hər
iki tərəf üçün neytral və təhlükəsiz meydançayıq, hədəfimiz isə
xarici şirkətlərin biliklərinin yerli KOB sektoruna ötürülməsidir”,
– deyə o bildirib.




Zibar Hüseynova Palatanın dayanıqlı inkişaf standartları üzrə
komitəsinin olduğunu xatırladıb. Bildirib ki, bu çərçivədə təhsil
üçün imkanlar yaradılır, təlimlər keçirilir, standartlar tətbiq
olunur, qlobal tendensiyalar izlənilir.

O əlavə edib ki, hazırda “yaşıl şirkətlər” investorlara daha
cəlbedici gəlir.