Digər
- 23 sentyabr, 2025
- 16:05

BMT-nin 80-ci Baş Assambleyasının sədri Annalena Berbok bildirib ki, təşkilatın növbəti baş katibi qadın olsaydı, “bu əla olardı”.
“Report”un məlumatına görə, Almaniyanın keçmiş xarici işlər naziri bu bəyanatı alman “Ştern” jurnalına müsahibəsində verib.
Onun sözlərinə görə, baş katib vəzifəsinə qadının təyin edilməsi “prinsip etibarilə artıq 80 ildir gözlənilən” hadisədir: “Lakin mənim bu vəzifəni tutma ehtimalım azdır”.
A.Berbok əlavə edib ki, hazırda o, namizədlərin seçilməsi prosesində məsuliyyət daşıyır: “Bu, hazırkı beynəlxalq şəraitdə olduqca çətin bir işdir”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


