Danimka və Norveç hava limanları bağlanıb

Baş səhifə

Bakı. Trend:

Danimarka-Norveç Oslo və Kopenhagen aeroportları naməlum
pilotsuz uçuş aparatlarının səmada peyda olması ilə əlaqədar hava
məkanlarını müvəqqəti olaraq bağlayıblar.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə,onların işi dörd saat müddətinə dayandırılıb.
Yaranmış məhdudiyyətlərə görə bütün reyslər yaxınlıqdakı başqa
aeroportlara yönləndirilib.




Yerli polis həmin dronların mənşəyini və kimə məxsus olduğunu
araşdırmağa başlayıb. Pilotsuz uçuş aparatları göründükdən qısa
müddət sonra yoxa çıxdıqlarından onları tutmaq mümkün olmayıb.

Danimarka və Norveç hüquq mühafizə orqanları iki insident
arasında əlaqənin olub-olmadığını müəyyənləşdirmək üçün əməkdaşlıq
edir.