İnfrastruktur layihələrin gerçəkləşdirilməsi ilə bağlı yanaşmaların fundamental səviyyədə təkrar nəzərdən keçirilməsi zəruridir – AİB

Baş səhifə

Bakı. Trend:

İnfrastruktur layihələrin gerçəkləşdirilməsi ilə bağlı
yanaşmaların fundamental səviyyədə təkrar nəzərdən keçirilməsi
zəruridir.

Trend xəbər verir
ki, bunu Asiya İnkişaf Bankının Azərabycandakı nümayəndəliyinin
direktoru Sunniya Durrani-Camal Bakıda keçirilən I Azərbaycan
Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

“Ən çox hallarda infrastrukturun yenilənməsi üzrə layihələr
həddən artıq genişmiqyaslı, mürəkkəb və baha başa gəlir. Bu
problemin həlli bizim infrastrukturumuzun inkişafına yanaşmada
fundamental dəyişiklik, həmçinin qiymət və keyfiyyətin uyğunluğu
barədə düzgün sualların qoyulmasını tələb edir”,- deyə o qeyd
edib.




Durrani-Camalın sözlərinə görə, həmçinin layihələrin başlanması
və müşayiəti üçün dövlət qurumlarının daxilində potensialın
yaradılması, inkişaf üçün əlverişli mühitin formalaşdırılması və
özəl kapitalın səfərbər edilməsi də vacibdir.

“Məhz burada, mənim fikrimcə, beynəlxalq maliyyə təşkilatları
xüsusi dəyərə malikdir – həm əsas bazarlarda, həm də yüksək risk
zonalarında. Çünki biz risklərdən sığortalar, faiz dərəcələrinin
artırılması mexanizmləri, eləcə də kredit maliyyələşməsi daxil
olmaqla bir çox maraqlı maliyyə alətləri və strukturlarına
malikik”, – deyə bank nümayəndəsi əlavə edib.