İnvestisiya Holdinqi və İpək Yolu Fondu birgə investisiya fondu yaradır

Baş səhifə

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi və İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması barədə ilkin saziş imzalanıb.

APA-Economics” xəbər verir ki, sənədi Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və Silk Road Fund Co., Ltd-in idarəedici direktoru Den Cinxua imzalayıblar.

Yeni yaradılacaq fond Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, strateji layihələrin maliyyələşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək.