
Ukrayna Prezidenti Volodimir Zelenski Nəriman Cəlalovu ölkənin Türkiyədəki səfiri təyin edib.
Resmixeber.azxəbər verir ki, fərman Ukrayna dövlət başçısının saytında dərc edilib.
1980-ci ildə Özbəkistanda anadan olan N.Cəlalov Krım Tatar Xalq Məclisinin sədrinin müavini, eyni zamanda jurnalist və hüquq müdafiəçisidir.
O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada qalıb, burada Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib.
2021-ci ilin sentyabrında Krım Platformasının sammitində iştirak etdikdən sonra Rusiya təhlükəsizlik qüvvələri tərəfindən diversiya ittihamı ilə saxlanılıb.
2022-ci ildə 17 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü il iyunun 28-də əsirlər mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb.