Rusiyanın Krasnoyarsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı milyonçu Rəşad Həsənovun Şimal magistralında yerləşən tərəvəz anbarına basqın ediblər.
Resmixeber.az,Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə “Kras Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Şimal şossesində yerləşən AHV müəssisəsindən 20 miqrant çıxarılıb. Onlardan 6 nəfəri hərbi komissarlığa göndərilib, daha 3 nəfər isə qanun pozuntularına görə ölkədən deportasiya olunacaq.
Məlumata görə, milyonçunun sərəncamında bir neçə şirkət var. AHV-TRANS Krasnoyarsk bölgəsində ən böyük nəqliyyat şirkətlərindən biri hesab olunur.
İş adamı regionun ən bahalı dövlət nömrə nişanlarından birinə malik “Rolls-Royce” markalı avtomobil sürür. Bu nömrə 1998-2002-ci illərdə Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Lebedin xidməti “Volqa”sında olub.
