İrəvan qarışdı: Sərkisyan elə bir ölkənin vətəndaşı oldu ki… – FOTO

Baş səhifə

Ermənistanın keçmiş prezidenti Armen Sərkisyanın vəzifədə ikən başqa bir ölkənin vətəndaşı olduğu ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

2018-ci ildə hakimiyyətə gəlmiş dördüncü prezident A.Sərkisyan 23 yanvar 2022-ci ildə “ölkənin və xalqın çətin anlarında prezidentin daxili və xarici siyasi proseslərə təsir etmək üçün lazımi alətlərə malik olmadığını” əsas gətirərək istefa verib.

“Hetq Armenia” nəşri Sərkisyanın prezident seçilməzdən əvvəl Sent-Kits və Nevis Federasiyasının vətəndaşlığını aldığını, buna görə də vəzifəyə gətirilmək hüququna malik olmadığını yazıb. Qəzetin məlumatına görə, o, vətəndaşlığı 500 min dollar qarşılığında alıb.

Ermənistan İstintaq Komitəsi faktla bağlı ibtidai istintaq aparıldığını açıqlayıb.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir