ا
Ötən il ərzində də təhlükəsizliyin etibarlı təmin olunması baxımından Dövlət Təhlükəsizliyi Xidməti səmərəli fəaliyyət göstərib.
Resmixeber.az,Axar.az -a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ilə bağlı tədbirdə DTX rəisi general-polkovnik Əli Nağıyev deyib.
O, xarici və daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü, xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini vurğulayıb.
Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən general-polkovnik Əli Nağıyev ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirib.
