Qonaqpərvərliyə görə təşəkkür etdi – Fotolar

Baş səhifə

Dünən ölkəmizdə rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıya səfəri ilə bağlı təəssüratlarını paylaşıb.

Resmixeber.az, “Qafqazinfo”- ya istinadən  xəbər verir ki, Almaniya lideri bu barədə rəsmi instaqram hesabında paylaşım edib.

Ştaynmayer qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib.

O, həmçinin paylaşımlarında İçərişəhərə səfərini, Azərbaycan və Almaniyanın birinci xanımları Mehriban Əliyeva ilə Elke Büdenbender arasında baş tutan görüşü, eləcə də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramını xüsusilə qeyd edib.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir