“İran Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə dair razılaşmaları alqışlayır, həmçinin iki ölkəni yekun sənədi mümkün qədər tez imzalamağa çağırır”.
Resmixeber.az,Globalinfo.az -a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçı ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
O, Tehranın region ölkələrinin ərazi bütövlüyünü dəstəklədiyini bildirib:
“Beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşıyıq. Bölgəmizdəki bütün problemlər region daxilində dialoq və diplomatiya yolu ilə, güc tətbiqi olmadan həll edilməlidir”.
