Fransanın şərqində “Patrouille de France” akrobatika komandasına məxsus iki ədəd “Alpha Jet” reaktiv təyyarəsi qəzaya düşüb.
Resmixeber.az,Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu “X” hesabında məlumat verib.
Onun sözlərinə görə, qəza təyyarələr məşqdə iştirak edərkən baş verib.
Hadisə ilə bağlı yayılan görüntülərdə tərəflərdən birinin dönüş edərkən arxadan digərinə çırpıldığı görünür.
Məlumata görə, hər iki pilot sağ qalıb.
Hadisə anının görüntülərini təqdim edirik
https://qafqazinfo.bax.tv/embed/206902.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar
