ABŞ Prezidenti Donald Trampın son siyasi gedişlərinin dollara mənfi təsir edəcəyi ətrafında fikirlər güclənir. Hətta onun valyuta olaraq hegemonluğunu itirəcəyi bildirilir. Məlumata görə, bundan əvvəl Ağ Ev sahibinin Kanada, Meksika və Çindən idxal edilən əksər mallara gömrük rüsumları tətbiq etməsi prosesə təsir edib.
Resmixeber.az,Globalinfo.az-a istinadən xəbər verir ki, danışan iqtisadçı Natiq Cəfərli deyib ki, dollar heç vaxt aparıcı valyuta statusunu itirməyəcək.
Onun fikrincə, Donald Trampın atdığı addımlar dollara təsir etmir:
“Bu, bəzi insanların uydurduğu hekayələrdir. Dolların ucuzlaşması baş versə də, bu, bilərəkdən atılmış addımdır. Çünki ucuz dollar ABŞ iqtisadiyyatı üçün lazımdır. Dolların indeksi aşağı düşdükcə Vaşinqtonda istehsal və ixrac etmək stimullaşır”.