İlk dəfə Azərbaycana gəlir

Siyasət

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edəcək.

Resmixeber.az,”Qafqazinfo” -ya istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu, Ştaynmayerin ölkəmizə ilk səfəri olacaq. Onu xanımı Elke Büdenbender də müşayiət edəcək.

Almaniya prezidenti Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. O, Bakının tarixi mərkəzinə baş çəkəcək və xristian, müsəlman və yəhudi ruhaniləri ilə tolerantlıq və dinlərarası anlaşma mövzusunda müzakirələr aparacaq, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı panel müzakirəsində iştirak edəcək.

Qeyd edək ki, Ştaynmayer martın 30-dan aprelin 2-dək baş tutacaq səfərində, həmçinin Ermənistana da gedəcək.

Xatırladaq ki, o, 2017-ci ildən bəri Almaniya Prezidenti vəzifəsini icra edir

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir