Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.
Resmixeber.az ,resmixeber.az -a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təvəllüdlü Orxan Hüseynzadə olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
01:20
“Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərə cavab olaraq bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edib, sonrakı dərslərdə iştirak etməyib”.
Resmixeber.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.
Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
13 mart, 23:24
Goranboyda məktəbli qaçırılıb.
Resmixeber.az, Oxu az-a istinadən məlumat verir ki, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb.
İlkin məlumata görə, məktəbli dərs vaxtı qaçırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblinin tapılması istiqamətində axtarışlar aparırlar
