Şamaxinkadakı tunellə bağlı açıqlama – Video

AKTUAL Hadisə

Bakı-Sumqayıt yolu ilə paytaxtın Moskva prospektini birləşdirən tuneldə (Şamaxinka adlanan ərazi) sütunlardan birinin vəziyyəti ilə bağlı görüntülər yayılıb.

RESMİXEBER.AZ,”Qafqazinfo” -ya istinadən xəbər verir ki, Aqil Tağıyev adlı feysbuk istifadəçisi tuneldəki dirəklərdən birinin zədələndiyini bildirib. O, səhifəsində tuneldən çəkdiyi videonu da paylaşaraq aidiyyəti qurumların məsələni nəzarətə götürməsinin vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, ərazidə hər hansı təhlükəli vəziyyət yoxdur: “Orada üzlük daşların bir hissəsi qopub. Yerinə bərpa olunacaq”.

Həmin görüntüləri təqdim edirik:

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir