269 saylı məktəbdə valideynlər təltif edildi

Baş səhifə
Bakı şəhəri,Xətai rayonu Rüfət Məmmədov adına 269 saylı tam orta məktəbdə, 1-ci yarımilinin  yekun nəticələrinə görə valideynlərlə görüş keçirildi.Görüşdə nizam-intizam,təhsildə yüksək nəticələri ilə seçilən şagirdlərin valideynlərinə təşəkkürnamələr təqdim olundu .Məktəbin direktoru Aygün xanım Əzizova ,seçilən valideynləri şəxsən təbrik edərək , qarşıdan gələn buraxılış imtahanlarında da ugur qazanacaqlarına əmin oldugunu bildirdi.
1-11 ci sinifləri əhatə edən bu görüşdə təlim-tərbiyyə işləri üzrə direktor müavini Samirə Həsənova,sinifdənxaric- məktəbdənkənar tərbiyyə işi üzrə təşkilatçı Nəzrin Vəkilova,sinif rəhbərləri,Cəmilə Əliyeva, Şəfanə Əhədova,İradə Qurbanova,Gülnarə Vəkilova,Kəmalə Mirbabayeva və Kəmalə Budaqova keçirilən  görüşdə qarşıda duran bəzi məsələlər də müzakirə etdilər.Valideyn kimi mən də iştirak etdiyim bu görüşün xoş ovqatını ,inşallah qəbul imtahanından sonra daha ürəkli  təqdim edəcəyimə vəd edirəm. Təhsilə,tərbiyəyə,nizam-intizama riayət edən,daim valideyn -müəllim əlaqəsiylə sıx bağlıı olan bir təhsil ocağının gələcəyinə şübhə yoxdur .Bu yolda dəstək olan rəhbərliyimizə,müəllimlərimizə ,valideynlərimizə minnətdarıq.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir