Bakı metrosunda stansiyaların adları dəyişdirilir – RƏSMİ

Sosial

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.

Bakı metrosunda bu stansiyaların adı dəyişdirilə bilər – SİYAHI

RESMİXEBER.AZ ,Globalinfo.az -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirıər Planı”nda əksini tapıb.

Sərəncama əsasən, il ərzində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikasında adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi təmin edilməlidir.

Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Milli Məclisə tövsiyə olunub.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir