Bu koridor Türkiyə və Azərbaycanın gələcəkdə İrandan keçən marşrutlardan tamamilə imtina etməsinə gətirəcək, Tehranın onu sonadək əngəlləməsi üçün kifayət qədər imkanı yoxdur, boynundakı iqtisadi ilgək daha da sıxılacaq
“Suriyada rejim dəyişikliyi Türkiyəyə əsas regional rəqibi İranla qarşıdurmada həlledici üstünlük əldə etməyə imkan verəcək mühüm bir mərhələdir. Bu da öz növbəsində Zəngəzur dəhlizinin açılmasına və Tehranın Cənubi Qafqazın ticarət və nəqliyyat sektorundan sıxışdırılmasına səbəb ola bilər”.
“Yeni Müsavat” bildirir ki, bu barədə Londonda çıxan müxalif mövqeli İran internet nəşri “Kayhan London” bildirib. Nəşrə görə, Suriyada Ankaranın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsi yaxın gələcəkdə bir neçə sahəyə öz təsirini göstərəcək. Xüsusilə İran yük maşınları Türkiyə ərazisindən tranzit üçün daha yüksək vergi və rüsumlar ödəməli olacaq. “Kayhan London” yazır ki, hər iki ölkə uzun müddətdir regionda güclü strateji mövqelər tutur. O sırada İran “enerji dəhlizi”, Türkiyə isə Asiya ilə Mərkəzi Asiyanı birləşdirən həyati bir körpüdür.
Məqalədə habelə qeyd olunur ki, Türkiyə ilə İran arasında gərginlik yaradan məqamlardan biri Zəngəzur dəhlizidir ki, bu da Tehranın fikrincə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Ermənistan ərazisindən keçən qolunu təhdid edir, həmçinin Türkiyə ilə Azərbaycan arasında əlaqələri gücləndirir. Bu da İranın regional rolunu zəiflədir. Çünki bu dəhlizin açılması Türkiyə və Azərbaycanın gələcəkdə İrandan keçən marşrutlardan tamamilə imtina etməsinə gətirəcək. Sirr deyil ki, Zəngəzur dəhlizi bu gün sıx və məhsuldar Azərbaycan-Türkiyə əməkdaşlığının simvolu kimi qəbul edilir. Eyni zamanda məqalədə vurğulandığı kimi, bu, həm də İran üçün bir təhdiddır: “Birincisi, Zəngəzur dəhlizi İranın şimal-qərb sərhədini təhdid edə bilər. Axı onun İran ərazisinə yaxınlığı Türkiyə və NATO-nun bölgədəki təsirini gücləndirir, həmçinin Şimali Atlantika Alyansının qoşunlarının birbaşa İran sərhədində peyda olmasına səbəb ola bilər. İkincisi, dəhliz İranın Ermənistanla kommunikasiyalarını çətinləşdirir. Ermənistan isə Tehran üçün həm Qərb, həm də Şimalla mühüm həlqədir”.
Nəşr ardınca vurğulayır ki, İran Zəngəzur dəhlizinin açılması ilə bağlı risklərdən xəbərdardır və bu, onun Azərbaycan və Türkiyə ilə münasibətlərində hazırkı gərginliyin səbəblərindən biridir: “Bununla belə, dəhlizin açılmasına qarşı sərt bəyanatlarına baxmayaraq, Tehranın onu sonadək əngəlləməsi üçün kifayət qədər imkanı yoxdur. Ən əvvəl də ona görə ki, İran beynəlxalq sanksiyalardan yan keçmək üçün Türkiyədən çox asılıdır. Türkiyə ilə hər hansı ciddi gərginlik İranın boynundakı iqtisadi ilgəyin daha da sıxılması deməkdir”. Yada salaq ki, bu il yanvarın 7-də yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” demişdi. Azərbaycanlı təhlilçilər dəhlizlə bağlı nəşrin mövqeyini bölüşürmü? Tramp hökuməti bu məsələdə Bakı və Ankaraya nə dərəcədə dəstəkçi olacaq?