Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı – Təcili

Baş səhifə Siyasət


آ
Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı – Təcili
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.

“Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Səslənən ittihamların tamamilə əsassız olduğu bildirilib.

Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, – məlumatda qeyd edilib.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir