Bakının dostu Trampın hədəfində: Azərbaycan uğrunda mübarizə başlayır

Siyasət

Eyni zamanda ABŞ-la da münasibətlərin fərqli müstəviyə keçə biləcəyinin anonsu verilib. Yeni seçilmiş Prezident Donald Trampın dövründə Vaşinqton-Bakı əlaqələrinin genişləndiriləcəyi gözlənilir.

Azərbaycan bir-biri ilə rəqabətdə, hətta konfliktdə olan iki supergüc arasında qala bilərmi? Vaşinqton və Pekinin Bakıya yanaşmaları hansı amillərdən qaynaqlanır?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra balanslı xarici siyasət kursu seçib və nəticədə müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edə bilir:

“Bakının həm Şərq, həm də Qərb bloku ilə əlaqələrini inkişaf etdirdiyini görürük. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin iyun ayında Çin Prezidenti Si Szinpinlə bir araya gəldi. Görüş zamanı liderlər arasında strateji tərəfdaşlıq memorandumu imzalandı. Bu, həm də Bakı-Pekin münasibətlərinin yüksəlməsi deməkdir.

Azərbaycan müstəqilliyini qazanandan sonra ABŞ və Qərblə də normal münasibətlər qurmağa çalışır. Rəsmi Bakının əsasən Qərblə çox ciddi əlaqələri var. Həmçinin ABŞ-la da  bir çox sahədə əməkdaşlıq edilir. Enerji sahəsi isə Qərb-Azərbaycan əməkdaşlığınıPolitoloqun sözlərinə görə, Trampın prezidentlik dönəmində Çinin yanında yer alanlarla bağlı mövqeyi yaxşı olmayacaq:

“Amma Bakı hansısa bir bloka üzv deyil. Dünya siyasətində mütləq şəkildə tərəf seçilməlidir deyə bir qayda da yoxdur. Düşünürəm ki, Azərbaycanın bugünə qədər apardığı siyasət və yerləşdiyi coğrafiya uğurludur. Bu, ölkəmizin əhəmiyyətini artırır.

Azərbaycan Çinin Avropaya açılan qapısı, ABŞ üçün isə Xəzər hövzəsi və Mərkəzi Asiyaya açılan qapı kimidir. Yəni biz hər iki tərəfə lazımıq. Buna görə də, Bakıya münasibətdə təzyiqlərdən daha çox yanına çəkmək cəhdləri daha realdır. Ölkəmiz həm də İran və Rusiya ilə qonşudur. Bu, ABŞ üçün daha mühüm bir detaldır.

Fikrimcə, ABŞ-da yeni administrasiyanın dövründə Azərbaycanla əlaqələrə xələl gəlməyəcək. Əksinə münasibətlərin normallaşmasına olan ümid daha çoxdur”.n əsasını təşkil edir.

Son dövrlər Qərb və Şərq arasında rəqabətin genişləndiyi müşahidə olunur. Çin-ABŞ rəqabəti də adlanan bu məsələ iqtisadi və siyasi sferada özünü daha çox göstərir. Cəmi bir neçə gün sonra Ağ Evdə yeni seçilmiş Prezident Donald Tramp vəzifə səlahiyyətlərinə başlayacaq. Onun da əsas hədəfinin Çin olması ehtimal edilir”.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir