Rusiyanın bəzi ərazilərinə XƏBƏRDARLIQ edildi

Dünya

Bu gün səhər Saxalin vilayətinin dörd bələdiyyəsində Oxot dənizi sahillərində qasırğa və hündürlüyü altı metrdən çox olan dalğalar gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı xəbərdarlıq edib.

Məlumata görə, bu gün Oxot dənizinin mərkəzi hissəsində Oxinski, Noqliki, Smirnıxovski və Poronayski rayonlarında şərq, şimal-şərq küləyi əsəcək, sürəti saniyədə 33-38 metrə çatacaq qazırğa müşahidə olunacaq.

Departament qeyd edib ki, bu ərazilərin administrasiyasına, eləcə də Saxalin Donanmasının Monitorinqi Xidmətinə təcili xəbərdarlıq göndərilib.

Xilasedicilər rayon sakinlərinə və qonaqlara kiçik qayıqlarla dənizə çıxmamağı, sahildən təhlükəsiz məsafədə dayanmağı tövsiyə ediblər.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir