Gürcüstan hökuməti siyasi kursunu dəyişməsə, Avropa İttifaqının (Aİ) üzvü ola bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə ittifaqın 13 ölkəsinin xarici işlər nazirliyinin birgə bəyanatında qeyd olunur.
Almaniya, Fransa, Polşa, Belçika, Danimarka, Estoniya, Latviya, Litva, Lüksemburq, Portuqaliya, Finlandiya, İsveç və Çexiya kimi ölkələr sözügedən sənədə imza atıblar.
“Gürcüstan çətin geosiyasi vəziyyətdə olan ölkə kimi müstəqillik və öz müqəddəratının təyinatı, dəyərlər və ləyaqət uğrunda mübarizə üçün böyük təcrübəyə sahibdir. 2023-cü ilin dekabrında Aİ-yə üzvlük üçün namizədlik statusu Gürcüstan hökumətinin Avropa Komissiyasının məsləhətiylə müvafiq addımlar atacağı şərtinə əsasən verilib. Son aylarda isə Tbilisi Aİ-nin normativ aktlarına uyğun olmayan qanunlar qəbul edib. Həmin qərarlara əsasən Gürcüstanın ittifaqa üzvlük prosesi dayandırılıb. Cari siyasi kurs davam etdirilənə kimi proses dondurulmuş olacaq”, – bəyanatda qeyd olunur.