Ermənistanın Baş naziri Nikol Paşinyanın aprel ayında Brüsselə səfəri və Avropa İttifaqı (Aİ) rəsmiləri ilə görüşündən sonra İrəvana maraq tamamilə itdi”.
Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Avetis Babacanyan deyib.
Onun sözlərinə görə, Brüssel görüşündə baş nazirə onun təkliflərinin elə də əhəmiyyətli olmadığı, bu səbəbdən az miqdarda yardım ayrılacağı bildirilib:
“Diqqət etsəniz, o gündən sonra Şarl Mişel, Cozef Borrel və digər Aİ rəsmiləri Azərbaycan və Ermənistan arasındakı danışıqlarda artıq əvvəlki qədər aktiv deyillər. Vasitəçilik təklifləri səsləndirmir, danışıqlar təşkil etməyə çalışmırlar. İrəvan rəsmiləri ölkənin Aİ-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsini təklif etdilər. Bu belə gözlənilən qədər səs-küy yaratmadı. Ona görə də bu məsələ ortadan qalxdı. Yəni artıq Ermənistana Avropada maraq yoxdur, kimsənin vecinə deyil.
Lakin bizim üçün ağrılı olan bir zamanda Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya səfər etdi və böyük təmtəraqla qarşılandı. O, Çernibbo şəhərində keçirilən ilk beynəlxalq forumun fəxri qonağı oldu. Azərbaycanla Avropa ölkələri arasında dərinləşən ticari-iqtisadi əməkdaşlıqdan danışdı. Bakı hazırda Aİ-yə üzv olan 7 ölkəyə qaz satır, 3-ü isə bunun üçün növbəyə dayanıb”.
Babacanyan Aİ-nin yanvardan etibarən Bakının köməyinə daha çox ehtiyacı olacağını deyib:
“Bu il dekabrın 31-dən sonra Rusiya Ukrayna ərazisindən Aİ ölkələrinə qaz ixrac edə bilməyəcək. Son 3 ildə yaranan məhdudiyyətlərə baxmayaraq, hər il Aİ-yə 40 milyard kubmetr qaz ixrac olunurdu. Yanvarın 1-dən Avropa İttifaqı ölkələri Rusiya qazından tamamilə məhrum olacaq. Bəs yaranan ehtiyac haradan ödəniləcək? Bütün gözlər yenidən Azərbaycandadır. O cümlədən, Rusiya da Avropaya əlavə qazın təkrar ixracı üçün qazpaylayıcı sistemdən istifadə etmək istəyi ilə Azərbaycana müraciət edib.
Yəni belə bir vəziyyətdə Ermənistan niyə kiməsə maraqlı olsun? İrəvanın KTMT-dən çıxması, ölkədəki rus bazasının taleyi, ümumiyyətlə, heç nə vacib deyil. Ermənistanın Aİ-yə verə biləcəyi heç nə yoxdur. Biz heç Moskvaya da maraqlı deyilik. Ona görə hazırda Paşinyan Rusiya ilə münasibətləri yumşaltmağa çalışır. Yəni Ermənistan üçün hər şey bitib”.