Çörək bu tarixdən bahalaşacaq – AÇIQLAMA

AKTUAL ölkə

Məmmədov məsələ ilə bağlı bildirib ki, çörəyin qiymətindəki sabitliyi qorumaq üçün ilk növbədə yerli istehsalı stimullaşdırmaq lazımdır. Çünki qeyri-müəyyən dünya iqtisadiyyatındakı şəraitlər, xüsusilə qiymətlərin dünya bazarında dəyişməsi idxaldan asılılıq şəraitində daxili bazara ciddi təzyiqlər göstərir.

“Digər tərəfdən biz Rusiya və Qazaxıstanla kifayət qədər konsktruktiv münasibətlər qurmuşuq və idxal baxımından bir qədər mövcud ola biləcək problemlərin qarşısını almışıq. Buna baxmayaraq, yerli istehsalın stimullaşdırılması dayanıqlı şəkildə qiymətlərin sabitliyinə müsbət təsirlər göstərə bilər”.

İqtisadçı-ekspert qeyd edib ki, dövlət müvafiq fiskal mexanizmlərdən istifadə edərək qiymətlərin sabitliyinə doğru müvafiq addımlar ata bilər.

“Digər tərəfdən, bir sıra hallarda sahibkarlar birbaşa qiymət artımına deyil, çörəyin çəkisinin onun keyfiyyət strukturunun dəyişdirilməsi vasitəsilə faktiki olaraq reallıqda qiymət artımına gedir ki, bunun da istehlakçılar bir çox hallarda görmür, amma reallıqda bu da qiymət artımıdır”.

Bütün bunlara əsaslanaraq ekspert qeyd edib ki, əgər dünya bazarında hansısa cüzi olmayan, xeyli böyük göstəricilərlə ifadə olunan qiymət dəyişiklikləri olarsa, onda Azərbaycanda da qiymətlərdəki dəyişkənlik qaçılmaz olacaq.

Ekspert düşünür ki, müvafiq mexanizmlər vasitəsilə dünya bazarında qiymətlər dəyişsə belə, ölkə rəhbərliyinin bu məsələyə həssas yanaşması nəticəsində maksimum çalışılacaq ki, qiymətlərin sabitliyi qorunsun.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir