Bakıda və Abşeron yarımadasının atmosferində tozlu hava şəraiti müşahidə olunur. Yayın istisində toz dumanı ilə müşayiət olunan hava kütləsinin haradan daxil olması insanları təəccübləndirib.
Publika.az “Teleqraf.com”a istinadən xəbər verir ki, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovun sözlərinə görə, tozun əsas səbəblərindən biri Abşeron yarımadasında iqlimin quraq, bitki örtüyünün isə çox zəif olmasıdır.
Rövşən Abbasov qeyd edib ki, belə ərazilər adətən yaşıl ərazilərə nisbətən daha tez tozlanır: “Ölkəmizin ərazisinə tropik enliklərdən, Xəzər dənizinin şərq sahillərində olan Qaraqum və Qızılqum səhrasından da tozlu duman daxil olur. Bu səbəblərdən müəyyən ərazilərdə havanın keyfiyyəti pisləşir.