Tacikistanda güclü zəlzələ baş verib

Dünya

Tacikistanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.

Resmixeber.az, resmixeber.az -a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin ocağı 114 kilometr dərinlikdə, Əfqanıstanla sərhədin yaxınlığında yerləşib.

Zəlzələ paytaxt Düşənbədə hiss olunmayıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir