Dənizə getməyin, mikrob və bakteriyalar yayılıb” – “Qusma, ürəkbulanma, hərarət…

AKTUAL

Son günlər dənizə girən azyaşlılar arasında narahatlığın yaranması barədə məlumatlar dolaşır. Uşaqlarda ürəkbulanma və qusma kimi problemlərin görüldüyü iddia edilir.

Çimərliklərin təhlükəli olması ilə bağlı yayılmış iddialar nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan infeksionist Mərdan Əliyev şikayətlərə dəniz suyunun çirkliliyinin səbəb olduğunu deyib:

“Gigiyena və Epidemiologiya mərkəzinin də bildirdiyi kimi, Azərbaycanda dəniz suyu yetərincə təmiz deyil. Monitorinqlərin nəticəsinə görə, bu il də dənizə girmək tövsiyə edilmir. Suda mikrobların sayı artıb. Orqanizimə daxil olan həmin bakteriyalar müəyyən narahatlıqların yaranmasına səbəb olur. Belə halda insanda qusma, ürəkbulanma və bu kimi digər sağlamlıq problemləri yaranır. Yaşlılıar və uşaqlar isə daha həssas qrupa daxildir. Ümumiyyətlə, danizə getməyi məsləhət görmürəm. Əgər dənizə həkim tövsiyəsi ilə gedirlərsə, o zaman dənizə tam girməmələri vacibdir”.

Mütəxəssis dənizə girdikdən sonra hərarətin artması halında həkimə müraciət etməyin vacibliyini vurğulayıb:

“Belə bakteriyaların artmasına səbəb dənizə kanalizasiya sularının həddindən çox axıdılmasıdır. Yenə deyirəm, dənizə getməyi tövsiyə etmirəm, amma bu qaçılmazdırsa, dənizə günəşin aktivliyinin azaldığı zamanlarda getməyi məsləhət görürəm”.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir